17264144431789559850 1200x630

Aramsız yağışlar səbəbindən ölkədə su hövzələrində, çaylarda suyun səviyyəsinin artması nəticəsində Polşanın cənub-qərbində Stronie Slaskie ərazisində su bəndi təzyiqə davam gətirməyərək uçub.

Globalinfo.az xəbər verir ki, bu Biala Ladeçka çayında suyun artmasına və onun töküldüyü Nısa-Klodzka çayı boyunca yerləşən yaşayış məntəqələri üçün təhlükəli vəziyyətə səbəb olub.

Təbii fəlakətlə əlaqədar polis və ordu birləşmələri də əraziyə cəlb edilib. Polşanın Klodzko regionunda 1600 nəfər təxliyə edilib.

Polşanın Baş naziri Donald Tusk ölkənin cənubunda baş verən irimiqyaslı daşqınlar səbəbindən təbii fəlakət vəziyyəti elan edib.

“Səlahiyyətli nazirlər və qurumlarla məsləhətləşmələrdən sonra mən Nazirlər Şurasının təbii fəlakət vəziyyətinin tətbiqi ilə bağlı fərmanının hazırlanmasını əmr etdim”, – Polşanın baş naziri X səhifəsində yazıb.

Qeyd edək ki,  Polşa ilə yanaşı, Çexiya və Rumıniyada da minlərlə insan daşqınlara görə təxliyə olunub, minlərlə evin elektrik enerjisi kəsilib.

Polşa hökuməti daşqın və kəskin hava şəraiti ilə əlaqədar iki nəfərin həlak olduğunu bildirib.

Paylaş: