Polşada prezident seçkilərinin nəticələri AÇIQLANDI

2 63780

Polşanın Ali Məhkəməsi prezident seçkilərində 50 faizdən çox səs toplayaraq qalib gələn Karol Navroçkinin seçki nəticələrini təsdiqləyib. 

Globalinfo.az-ın verdiyi xəbərə görə, Bu barədə yerli media məlumat yayıb.

Məhkəmə seçkilərin nəticələrinə etiraz edən vətəndaşların müraciətlərinə baxaraq, iddia edilən pozuntuların ümumi nəticələrə təsir edəcək səviyyədə olmadığını bildirib.

Polşanın dövlət seçki komissiyasının sədri Silvestr Marçiniak da məhkəmə iclasında çıxış edərək, səsvermə zamanı hər hansı qanun pozuntusunun qeydə alınmadığını vurğulayıb.

Tahir Turan

Globalinfo.az