Polad Bülbüloğluna mükafat təqdim edildi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermitaj Mükafatının laureatı olub.

Globalinfo.az  xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Mükafatlandırma mərasiminin bu gün Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində baş tutduğu bildirilir.

P.Bülbüloğluna mükafatı Rusiya Federasiyası baş nazirinin müavini Tatyana Qolikova təqdim edib.

Qeyd edək ki, Ermitaj Mükafatı forumun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən 2023-cü ildə təsis edilib.

Hər il Rusiyadan və xaricdən iki aparıcı mədəniyyət xadiminə mədəniyyət və incəsənət, mədəni irsin qorunması və beynəlxalq mədəni dialoqun gücləndirilməsi sahəsində nailiyyətlərinə görə Ermitaj Mükafatının verilməsi planlaşdırılır.