fidan 0

PKK terror təşkilatının Suriyadan təmizlənməsi ilk növbədə yeni Suriyanın yeni hökumətinin işidir və əgər bu problem həll olunarsa, Türkiyənin müdaxiləsinə ehtiyac qalmayacaq.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin əl-Cəzira telekanalına müsahibəsi zamanı Türkiyənin Suriyada hərbi əməliyyat keçirəcəyi iddiaları ilə bağlı sualı cavablandırarkən deyib.

Fidan yeni administrasiyanın Suriyada nəzarəti tam ələ keçirməli olduğunu vurğulayıb.

O həmçinin PKK terror təşkilatının Suriyadakı qolu olan YPG-nin Türkiyə üçün ciddi təhlükə yaratdığını və YPG-nin işğal etdiyi yerlərdə varlığını və üstünlüyünü qorumağa çalışdığını bildirib.

Paylaş: