pendirli manqalustu

Son günlər bəzi istehlakçılar tərəfindən “Pendirli Manqalüstü” sosisi ilə bağlı yaranan narahatlıqla bağlı “Səhliyalı” şirkəti məlumat yayıb.

Globalinfo.az xəbər verir ki,  “Halal Nemət, Min Bərəkət” brendinə məxsus “Pendirli Manqalüstü”nün içərisində istifadə edilən holland pendiri yüksək keyfiyyətli Alman istehsalçısı olan GAUDINA markasına məxsusdur.

Əvvəlcə onu qeyd etmək istəyirik ki, pendirli manqalüstü sosisinin tərkibindəki pendirin əriyib maye halına keçməsinin səbəbi normal texnoloji prosesdir.

Temperatur yüksəldikcə pendir əriyir. Proses ardıcıllığı aşağıdakı kimidir:

–    45 dəqiqə quruma prosesi

–    30 dəqiqə hisə verilmə prosesi

–    Sonra isə 1 saat buxarda 75 selsi dərəcədə bişirilir

–    Sobada temperatur 80° C-yə çatanda məhsul çıxarılır.

Məhsulun tərkibi isə aşağıdakı kimidir:

Mal əti, toyuq filesi, təbii süd, holland pendiri, yumurta, kərə yağı, bitki yağı (günəbaxan, qarğıdalı), nişasta, xörək duzu, natrium nitrit, kompleks qida əlavələri (E-450, E-621, E-316) və qarışıq ədviyyat ekstraktı.

Məhsulun tərkibindəki holland pendirinin miqdarı 12% faiz təşkil edir.

Nəzərinizə çatdırmaq istəyirik ki, istehsal etdiyimiz bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və müəssisənin İSO 17025 beynəlxaq standartına uyğun akkreditə olunmuş laboratoriyasında yoxlanılır və bundan sonra satışa çıxarılmasına icazə verilir.

Paylaş: