Paytaxtın şirniyyat mağazasında iyrənc mənzərə… – VİDEO

Paytaxtda şirniyyat mağazasında məhsulların üzərində siçovul gəzir.

Globalinfo.az bildirir ki, bu barədə görüntülər BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Məlumata görə, görüntülər lentə alınan “Balaca” şirniyyat evi metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşir.

Şikayətçi iddia edir ki, mağaza işlək vəziyyətdədir və burada ev şirniyyatları satılır. Hansı ki, onların da üzərində siçovullar gəzir.

Görüntülərlə bağlı BAKU.WS sözügedən satış obyekti ilə əlaqə saxladı. Buradan bizə bildirildi ki, həmin video montajdır.

Lakin mağaza əməkdaşı eyni zamanda həmin satış yerinin artıq bağlandığını da vurğuladı:

“Həmin videodan sonra, biz dükanı bağladıq. İndi də videonu montaj edənləri axtarırıq. Bizim dükanımızda siçan girə biləcək yerlər yoxdur. Heç videodakı şirniyyatlar da dükanımızda satılmır. Çox güman bunu edən bizə qarşı pis niyyəti olan biridir”.