Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 347 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 270, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 26, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 5 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 960 646, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 639, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 881 105, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 753, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 149 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 354 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 861 nəfər müalicə olunaraq sağalıb, 10 241 nəfər vəfat edib, aktiv xəstə sayı 252 nəfərdir.

Ölkədə son sutka ərzində 1 186, hazırkı dövrədək isə 7 589 504 test aparılıb.

Azərbaycanda daha 38 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib