Ermənistanın Baş naziri Nikol Paşinyanın təklifi ilə Ermənistan və Rusiyanın Birləşmiş Qüvvələr Qrupunun komandiri Tiqran Pırvanyan vəzifəsindən azad edilib.
Globalinfo.az xəbər verir ki, bu Ermənistanın baş naziri Nikol Paşinyanın təklifi ilə baş tutub.
“Konstitusiyaya və “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna uyğun olaraq, baş nazirin təklifini əsas götürərək, Tiqran Pırvanyan Birləşmiş Qüvvələr Qrupunun komandiri vəzifəsindən azad edilsin”, – fərmanın mətnində deyilir.