Paşinyanın partiyası yaxınlığında atışma: Yaralanan var

İrəvanda hakim “Mülki Müqavilə” partiyasının ofisi yaxınlığında atışma olub.

Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər yaralanıb.

Belə ki, 27 yaşlı İrəvan sakini Harutyun İ. güllə yarası alıb.

Atəş açan şəxsin “Samiko” pivə zavodunun sahibinin oğlu, 26 yaşlı Armen Q. olduğu bildirilir.

Müşviq Tofiqoğlu
Globalinfo.az