Paşinyanın partiyası Azərbaycan əleyhinə bəyanata səs vermədi

Ermənistan parlamentində hakim “Mülki Müqavilə” partiyasının fraksiyası müxalifətin Qarabağla bağlı hazırladığı bəyanat layihəsinə növbəti dəfə səs verməyib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, nəticədə Azərbaycanın tənqid edildiyi sənəd gündəliyə daxil edilməyib.

Qeyd edək ki, Paşinyanın partiyası bundan əvvəl də oxşar addım atmışdı və bu, müxalifətin tənqidlərinə səbəb olmuşdu.