Paşinyanın deputatları gizli fəaliyyətə keçdilər – SƏBƏB

“Hazırda Ermənistanda daxili siyasi vəziyyət gərginləşdiyi üçün hakim “Mülki müqavilə” fraksiyasının deputatları ictimaiyyət arasına çıxmaqdan çəkinirlər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, deputatların əksəriyyəti aprelin 23-də keçirilən parlament iclasına qatılmayıb, sadəcə bir qismi iştirak edib:

“Vəziyyət gərginləşən kimi fraksiya üzvləri gizli fəaliyyətə keçirlər. Tavuşda əhalinin ciddi şəkildə etiraz etməsi onları çox narahat edib. Qorxurlar ki, birdən İrəvanda da etiraz olar və parlament binasına hücum edilər. Bu səbəbdən ictimaiyyətdə çox görünməməyə çalışırlar. Hətta ötən gün parlamentin iclasına fraksiya üzvlərinin sadəcə bir neçəsi qatılıb. Nikol Paşinyanın əmri ilə onlar sosial şəbəkələrdə paylaşım etməklə hadisələrə münasibət bildirirlər. Qazandıqlarının əvəzini vermək üçün tapşırıqları bu şəkildə icra edirlər”.

Ayşən Mustafa
Globalinfo.az