“Ermənistanın hakim Mülki Müqavilə Partiyasının üzvləri xarici siyasətdə baş verənlər və daxildəki narazılıqlardan daha çox öz aqibətlərinə görə narahatdırlar”.
Globalinfo.az xəbər verir ki, Baş nazir Nikol Paşinyanın 2026-cı ildə keçiriləcək parlament seçkilərindən öncə partiyada “böyük təmizlik” edəcəyi deyilir.
Məlumata görə, seçkiqabağı xalqın rəğbətini qazanmaq üçün partiya daxilindəki bəzi şəxslər kənarlaşdırılacaq. Bununla korrupsiyaya qarşı mübarizə aparıldığı bildirilir. Lakin hələ kimlərin çıxarılacağı məlum deyil.
Paşinyanın iclaslarda belə bir addımın atılacağına açıq eyham vurduğu deyilir. Baş nazir beləliklə xalqa göstərmək istəyir ki, ədalət üçün hətta öz adamlarını da gözdən çıxara bilər. Onun daha öncə də bu taktikaya əl atdığı iddia olunur.
Ayşən Mustafa
Globalinfo.az