ee

“Yeni formalaşacaq Ermənistan parlamentinin ilk iclasına təxminən bir ay qalsa da, müxalifət blokları hələ də çətin qərar qarşısındadırlar: deputat mandatlarını qəbul etsinlər, yoxsa etməsinlər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, hər iki siyasi qüvvəyə müxtəlif tərəflərdən mandatlardan imtina etmələri və hakimiyyəti parlamentdə tək qoymaları tövsiyə olunur:

“Bu fikri irəli sürənlər hesab edirlər ki, bir neçə aydan sonra hakimiyyət növbədənkənar seçkilərə getməyə məcbur olacaq. Lakin hakimiyyət xarici dəstəyə malik olduğu halda, əgər təkbaşına ölkəni idarə edə bilirsə və bu, siyasi böhrana səbəb olmursa, niyə növbədənkənar seçkilərə getsin? “Güclü Ermənistan” bloku ötən həftə xalqın nə istədiyini öyrənmək üçün müzakirələr aparıb. Robert Köçəryanın komandası isə hələlik mövqe bildirmir və təşəbbüsü əsas müxalifət qüvvəsinə buraxıb”.

Nəşrin yazdığına görə, Karapetyanın komandasından bildirilib ki, seçkilərdən sonra əvvəlcə mandatlardan imtina etməyin tərəfdarı olublar:

“Lakin sonradan düşünüblər ki, əgər bunun alternativi hazırda ciddi potensialı olmayan küçə mübarizəsidirsə, boykotun nə faydası olacaq. Onların fikrincə, xalq seçkilərdə öz siyasi enerjisini artıq sərf edib, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün isə parlament mandatlarına ehtiyac var. Müzakirələr davam edir. Müxalifət Konstitusiya Məhkəməsinin qərarından sonra mandatları qəbul edib-etməyəcəyi ilə bağlı yekun qərarını açıqlayacaq”.

Günel Cəlil
Globalinfo.az

Paylaş: