“Azərbaycanla yeni hərbi toqquşma real təhdid olaraq qalır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçaturyan deyib.
Deputat noyabra kimi sərhəddə eskalasiya riskinin az olduğunu bildirib:
“Belə şəraitdə Paşinyan velosipeddə gəzir, hökumətin böyük hissəsi isə məzuniyyətdədir. Yeni eskalasiya təhdidi Baş nazir N.Paşinyanın Azərbaycana verdiyi vədlər və əldə etdiyi bəzi razılıqlarla bağlıdır. Onun vədləri çoxdur. Bunun içində konstitusiyanın dəyişməsi, Minsk Qrupunun fəaliyyətini dayandırması, dəhlizin təhvil verilməsi var. Lakin COP29-a qədər eskalasiya ehtimalı aşağıdır”.
A.Xaçaturyan Bakının İrəvana dəvət göndərməsinin arxasında fərqli məqsədin olması haqda absurd və gülünc fikir səsləndirib. O iddia edib ki, guya rəsmi Bakı İrəvandan gələcək şəxslərin qarşısında Ermənistanı aqressiyada ittiham edəcək.
Qeyd edək ki, Azərbaycan noyabrda keçiriləcək COP29 sammitində iştirak üçün Ermənistana dəvət məktubu göndərib.
Əliyar Xəlil
Globalinfo.az