thumb

“Hörmətli insanlar, mən başa düşdüm ki, üç keçmiş prezident dönməz şəkildə ictimai müzakirələrdən imtina edir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, sabiq prezidentlər məntiqsiz arqumentlər gətirərək debatdan yayınırlar. Bununla belə Paşinyan debatda israrlı olduğunu bəyan edib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 23-də çıxışı zamanı bildirib ki, Qarabağın qaytarılması ilə bağlı Azərbaycanla danışıqların aparılması prosesinə hələ 1994-cü ildən, yəni müharibənin bitməsindən az sonra başlanılıb. Açıqlamanın ardınca Paşinyan Ermənistanın keçmiş prezidentlərini bu məsələ ilə bağlı debata dəvət edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: