“İyunun 7-nə keçən gecə Nikol Paşinyan bir qrup yaxın silahdaşı ilə birlikdə seçkilərin nəticələrinin hesablanmasını partiyanın mərkəzi qərargahından deyil, hökumət iqamətgahından izləyib”.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası hakim “Vətəndaş Müqaviləsi” Partiyasındakı (KP) mənbəyə istinadən məlumat yayıb.
“Gecə yarısından sonra vəziyyət tədricən mürəkkəbləşərkən Paşinyan və komanda yoldaşları anlayıblar ki, seçkilərin nəticələri onların xeyrinə inkişaf etmir və sübhədək vəziyyət geri dönməz xarakter ala bilər. Bu səbəbdən onlar fövqəladə qərar qəbul ediblər.
Paşinyan mətbuat konfransı keçirərək seçkilərdə qalib gəldiklərini və təkbaşına hakimiyyət formalaşdıracaqlarını elan etsin, qalan məsələlər isə sonradan həll olunar”, – deyə qeyd edilib.
İddialara görə, qərargahda olanların əksəriyyəti Paşinyanın bu gözlənilməz açıqlamasından heyrətə gəlib.
Günel Cəlil
Globalinfo.az