pasinyan komanda 111

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə özünün “Real Ermənistan” ideologiyasını populyarlaşdırmaq üçün gözlənilməz elan verib.

Globalinfo.az bildirir ki, Paşinyan sosial şəbəkə hesabından paylaşım edərək, sadə insanlarla bu ideologiyanı qruplar şəklində müzakirə etməyə hazır olduğunu deyib.

Baş nazir bu müzakirələri 20-30 nəfərlik qruplar halında keçirməyi təklif edib. Paşinyan həmçinin 70 nəfərlik qrupun formalaşacağı halda insanların yerləşdiyi yaşayış məntəqələrini şəxsən ziyarət edəcəyini söyləyib.

Qeyd edək ki, N.Paşinyanın “Real Ermənistan” fikri ermənilərin onillərlə nəsildən-nəsilə ötürülən ideologiyasından fərqlənir. Bu ideologiya kilsə, eləcə də 100 il ərzində Ermənistanda formalaşmış Daşnaksütyun təməlli ideyaların zəiflədilməsini nəzərdə tutub. Paşinyanın irəli sürdüyü fikirlərə əsasən, ermənilər qonşuları ilə mehriban yaşamalıdırlar, “böyük vətən” anlayışından “real dövlət” anlayışına geri dönməlidirlər, Ermənistanın ərazisinin 29 min kvadrat kilometrdən artıq olmadığını qəbul etməli, digər ölkələrə ərazi iddialarından əl çəkməli, “soyqırımı”na yanaşmanı dəyişməlidirlər. Həmçinin “qurban millət” obrazından çıxmalıdırlar. Onun bu ideologiyası xüsusilə rusiyayönlü qruplar, kilsə və dünyadakı əsas diaspor təşkilatları tərəfindən dəstəklənmir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: