Paşinyandan gizli əmr: Ordumuza qarşı savaşmış polkovnik sirləri açır…

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, polkovnik Mikayıl Ambartsumyan aktivləşməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb.

Məlumata görə, Ambartsumyan artıq özünün memuarını yazacağının anonsunu verib. Onun bu açıqlaması bir sıra müzakirələrə səbəb olub.

Qəzet kəşfiyyat xidmətinin keçmiş rəhbərinin memuarını məhz ölkədəki hadisələrin gərgin olduğu vaxtda yazmaq istəməsinin səbəbinin qaranlıq qaldığını yazıb.

Qeyd edək ki, Ambartsumyan Ermənistan kəşfiyyatına II Qarabağ müharibəsi zamanında rəhbərlik edib. Paşinyana yaxın kadr olan Ambartsumyanın Qarabağ klanı ilə də yaxın münasibətləri olub. Bununla belə, Ambartsumyanın memuarını dərc etməyə çalışması, ona sifarişin məhz Paşinyandan gəldiyi ehtimalını irəli sürməyə imkan verir. Erməni baş nazirin bu yolla öz rəqiblərini sıradan çıxarmağa cəhd edəcəyi vurğulanıb.

Zaira Akifqızı
Globalinfo.az