Paşinyana yaxın kanal ELAN ETDİ: Tezliklə ağrılı qərarlar veriləcək

Ermənistan artıq bizim özümüzü aldatmaq səviyyəsində sağlıqlar dediyimiz vəziyyətində deyil.

Globalinfo.az xəbər verir ki, bu sözlər Ermənistan baş nazir administrasiyasına qeyri-rəsmi bağlı olan “Baqramyan 26” Teleqram kanalının Nikol Paşinyanın dünənki çıxışından sonra yaydığı açıqlamada yer alıb.

“Qərb və Rusiya regionda, xüsusilə Ermənistan-Azərbaycan konfliktində öz maraqlarını güdür. Erməni tərəfi üçün bu prosesdə pozitiv və neqativ məqamlar var. Müvafiq olaraq biz qara-ağ qarşıdurmasını istisna edib, ziddiyyətli situasiyaları nəzərə alaraq oynamalıyıq”, – kanalın paylaşımında yazılıb.

“Baqramyan 26” Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə toxunaraq, İrəvanın tezliklə ağır qərarlar qəbul etmək məcburiyyətində qalacağını bəyan edib:

“Dürüst şəkildə etiraf etməliyik ki, hətta ən optimist ssenaridə belə Ermənistan ağrılı qərarlar vermək məcburiyyətində qalacaq. “Ağrılı” dedikdə ictimai mənada qəbul edilir, çünki uzun illər ərzində Ermənistan bu anlayışı irrasionallaşdırıb. Son zamanlar Ermənistan daxilindəki bəzi dairələrin səyləri sayəsində rasionallaşma sahəsində pozitiv dinamika müşahidə edilir. Lakin indiki çağırışlar o qədər ciddidir ki, Ermənistanın artıq anlayış məsələləri ilə uzun müddət məşğul olmağa zamanı yoxdur. Ona görə ki, Azərbaycan, eləcə də konfliktə cəlb edilən beynəlxalq oyunçular rəsmi İrəvanın öz daxili məsələlərini nizamlamasını gözləməyəcəklər”.

Teleqram kanalı Ermənistanın artıq xarici siyasətinə nəzər yetirməli olduğunu və bunu dəyişməyin vaxtının çatdığını bildirərək, Moskvadan İrəvanın üz çevirəcəyinin anonsunu verib:

“Nəzərə almalıyıq ki, 44 günlük müharibədən sonra yaranan status-kvo çox uzun davam edə bilər. Buna görə də sürətli və yekun həll tapmaq cəhdlərindən imtina effektiv zəmin yaradır. Gördüyünüz kimi, 2020-ci ilin 9 noyabrından etibarən hər ay Ermənistan və Qarabağ (separatçı rejim – red.) növbəti çağırışlarla üz-üzə qalır və böyük ehtimalla bu çağırışlar davam edəcək. Ermənistan özünün siyasi fəlsəfəsinə yenidən baxmalı və uzun, çoxqatlıq oyuna hazırlaşmalıdır”.

İlkin Həsənov
Globalinfo.az