pasinyan 011

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanda baş tutan parlament seçkilərinin ilkin nəticələrinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi mülki Müqavilə Partiyası qalib gəlib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, hazırkı nəticələrə görə, Ermənistan parlamentində 4 siyasi qüvvə olacaq: Mülki Müqavilə, Güclü Ermənistan, “Ermənistan” bloku və Çiçəklənən Ermənistan.

Mandatlar aşağıdakı kimi paylanacaq:

Mülki Müqavilə – 61 mandat

Güclü Ermənistan – 28 mandat

“Ermənistan” bloku – 11 mandat

Çiçəklənən Ermənistan – 5 mandat.

Qeyd edək ki, 2021-ci il seçkilərində Nikol Paşinyanın partiyası 71 mandat əldə etmişdi.

Paylaş: