Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanda baş tutan parlament seçkilərinin ilkin nəticələrinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi mülki Müqavilə Partiyası qalib gəlib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, hazırkı nəticələrə görə, Ermənistan parlamentində 4 siyasi qüvvə olacaq: Mülki Müqavilə, Güclü Ermənistan, “Ermənistan” bloku və Çiçəklənən Ermənistan.
Mandatlar aşağıdakı kimi paylanacaq:
Mülki Müqavilə – 61 mandat
Güclü Ermənistan – 28 mandat
“Ermənistan” bloku – 11 mandat
Çiçəklənən Ermənistan – 5 mandat.
Qeyd edək ki, 2021-ci il seçkilərində Nikol Paşinyanın partiyası 71 mandat əldə etmişdi.