“Ermənistanın uzunmüddətli mövcudluğu üçün lazımi situasiya yaradılmaldır. Bu, bizim xarici müdaxilə olmadan yaşamağımız üçün vacibdir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtondakı erməni icması ilə görüşü zamanı deyib.
Paşinyan həmçinin Ermənistana yardım fondlarını birləşdirən “Save Armenia”nın iclasında da iştirak edib. O, çıxışı zamanı ABŞ-ın siyasi elitasının Cənubi Qafqazdakı sülh gündəminə dəstək verməli olduğunu deyib:
“Əminəm ki, Ermənistanda demokratiyadan geri dönmək mümkün deyil. Hazırda Ermənistanı demokratik yoldan döndürəcək yeganə alət müharibə, gərginlik və konfliktdir”.
Baş nazir USAİD-in bağlanması barədə yayılan informasiya fonunda ABŞ-ın Ermənistan üçün “Save Armenia” proqramını saxlayacağına ümid etdiyini söyləyib.
Əliyar Xəlil
Globalinfo.az