Paşinyan “kədərliyəm” dedi, Türkiyəyə kömək təklif etdi

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyəyə yardım təklif edib.

Globalinfo.az xəbər verir ki, o bu barədə tviterdə yazıb.

Baş nazir qurbanlara görə başsağlığı verib və bildirib ki, Ermənistan zəlzələnin nəticələrinin aradan qaldırılmasında məsələsində Türkiyə və Suriyaya kömək etməyə hazırdır”.

“Dağıdıcı zəlzələ xəbəri məni kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyirik”, – o qeyd edib.

İlkin Həsənov
Globalinfo.az