Paşinyan Tavuşa gedir: “4 kəndin Azərbaycana verildiyini elan edəcək”

“Ermənistanın Baş naziri Nikol Paşinyanın martın 18-də Tavuşa səfəri çərçivəsində sakinlərlə görüşü və aparılan müzakirələr erməni ictimaiyyətində birmənalı qarşılanmadı”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Qeyd olunur ki, son günlər Tavuşun sərhəd yaşayış məntəqələrinin sakinləri açıq-aşkar narahatdır və kəndlərə gələn qonaqları aqressiv şəkildə qarşılamağa başlayıblar:

“Nikol Paşinyan yerli sakinlərin təklif və fikirlərini dinləmək üçün 7 gün ya da 10 gündən sonra yenidən Tavuşa qayıdacağına söz verib. Deyib ki, gələ bilməsə də, nümayəndəsi gəlib əhalinin problemlərini dinləyəcək. Sakinlər Paşinyanın verdiyi vədləri yerinə yetirəcəyinə inanırlar”.

Həmçinin, Nikol Paşinyanın yaxın zamanlarda Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana təhvil verilməsini açıqlayacağı bildirilir.

Safura Bənnayeva
Globalinfo.az