“Paşinyan Saakaşvilidən göstəriş alıb” – Manukyan

“Paşinyan Zelenski və Saakaşvilinin yolunu seçdi. Yeri gəlmişkən, Saakaşvili Paşinyana anti-Rusiya addımlarının atılması ilə bağlı göstərişlər verib, Paşinyan da onu dinləyib”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri “Hayastan” fraksiyasının deputatı Areqnaz Manukyan Milli Assambleyadakı çıxışında bildirib.

“Ermənistan hökumətinin başında duran şəxs Qərb qüvvələrinin anti-Rusiya siyasəti və öz maraqları naminə ölkəmizi hərraca çıxarıb. Nikol Paşinyan sülh və əmin-amanlıq vəd etdi, müharibə, itkilər və məğlubiyyətlər gətirdi və gətirir. O, xalqımızı dəhşətə gətirir”-Manukyan deyib.

Safura Bənnayeva
Globalinfo.az