Paşinyan Rusiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfər edib. 

Globalinfo.az xəbər verir ki, mayın 8-də Paşinyanın sədrliyi ilə Moskvada Avrasiya İqtisadi İttifaqının sessiyası keçiriləcək.

Səfər çərçivəsində baş nazirlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş nəzərdə tutulub.

Qeyd edək ki, Paşinyan ötən gün mətbuata açıqlamasında Rusiya prezidenti ilə görüş zamanı bir çox məsələlərin müzakirə ediləcəyini bildirib.

Ayşən Mustafa
Globalinfo.az