WhatsApp Image 2024 06 09 at 12.49.26

Erməni ekspert Oskan Sərkisyan Ermənistan Baş naziri Nikol Paşinyanın demarkasiya prosesi nəticəsində Azərbaycana təhvil verilən yüksəkliyi izləməsinə isterik reaksiya verib.

Globalinfo.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.

“Ermənistan-Gürcüstan magistral yolunun kənarında yerləşən strateji əhəmiyyətli yüksəklik Azərbaycana təhvil verildi. Bu, sadəcə dəhşətlidir! Ölkənin (Ermənistanın – red.) ali baş komandanı binoklla həmin ərazilərə baxıb “Mən heç nə başa düşmədim” deyir. Ola bilsin, xəbəri yoxdur, amma 1990-cı il martın 23-24-də, avqustun 18-20-də Bağanis-Ayrımda şiddətli döyüşlər gedib”, – O.Sərkisyan bildirib.

Qeyd edək ki, Oskan Sərkisyanın qeyd etdiyi dönəmlərdə ermənilər sözügedən kəndlərdəki azərbaycanlılara hücumlar etmişdilər. Hətta Bağanis-Ayrımda bir evdə 7 azərbaycanlı ermənilər tərəfindən yandırılmışdı.

Bundan başqa, həmin hücumlar nəticəsində Ermənistan Qazaxın 7 kəndini işğal etmişdi. Bu il aparılan demarkasiya prosesi nəticəsində 7 kənddən 4-ü Azərbaycana qaytarılıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: