Paşinyan Ərdoğanın andiçmə mərasiminə qatılacaq

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir ofisi məlumat yayıb.

Məlumata əsasən, Nikol Paşinyan iyunun 3-də Ankarada keçiriləcək andiçmə mərasiminə dəvət olunub. O bu məqsədlə Türkiyəyə yola düşəcək.

Ayşən Mustafa
Globalinfo.az