Partlayış olan binanın sakinləri: “Bu hadisə mütləq baş verəcəkdi, çünki…”

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 4 nəfər (2-si böyük, 2-si uşaq olmaqla) xəsarət alıb və onlar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə yerləşdirilib.

Hadisə ilə bağlı bina sakinləri Globalinfo.az-a açıqlama veriblər.

Sakinlərdən biri bildirib ki, bina təhlükəli vəziyyətdədir:

“Bu bina çox təhlükəli vəziyyətdədir. Bu hadisə gec, ya tez baş verəcəkdi. Biz dəfələrlə xəbərdarlıq eləmişik. Kanalizasiya xidməti, su xətti yoxdur”.

Globalinfo.az