Zurabişvilinin impiçmenti baş tutmadı

Gürcüstan Prezidenti SalomE Zurabişvilinin impiçmenti baş tutmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Məlumata görə, ölkə parlamentində məsələnin lehinə 86 deputat səs verib. Lakin impiçmentin gerçəkləməsi üçün 100 səs lazım olub. Bu səbəblə Zurabişvilinin impiçmenti baş tutmayıb.

Səsvermə zamanı müxalifətin iclas zalında iştirak etmədiyi bildirilib. Nəticələrə uyğun olaraq Salome Zurabişvili dövlət başçısı vəzifəsində qalıb.

Əliyar Xəlil
Globalinfo.az