Parlament bu sazişi ratifikasiya etdi

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” müzakirəyə çıxarılıb.

Globalinfo.az bildirir ki, layihəyə əsasən, Azərbaycan və Gürcüstan aşağıdakı sahələrdə əməkdaşlıq edəcək:

– hərbi təhsil, treninq və təlimlər;

– müdafiə və təhlükəsizlik siyasəti;

– sülhməramlı və humanitar əməliyyatlar;

– NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq;

– silahlara nəzarət və tərksilah;

– hərbi qanunvericilik;

– maddi-texniki təminat;

– mülki-hərbi əməkdaşlıq;

– müdafiə sahəsində kibertəhlükəsizlik;

– hərbi xəritəçilik;

– hərbi tibbi xidmətlər;

– sosial, idman və mədəni tədbirlər;

– humanitar minatəmizləmə;

– qarşılıqlı maraq kəsb edən digər məsələlər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.