filestoragetemp 27

İran və Pakistan səfirləri diplomatik fəaliyyətlərini bərpa ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Rəsul Musəvi İran və Pakistan səfirlərinin diplomatik missiyalarını bərpa etdiklərini açıqlayıb.

İranın Pakistandakı səfiri Reza Amiri Moghaddam diplomatik fəaliyyətini bərpa etmək üçün İslamabada gəlib.

Pakistanın İrandakı səfiri Məhəmməd Mudasir Tipu isə özünün “X” sosial hesabında, “Mən Tehrana gedirəm” fikirini yazıb.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: