Pakistanda partlayış olub, ölənlər və yaralananlar var.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli “Dawn” nəşri yazıb.
Nəşrin məlumatına görə, partlayış kamikadze tərəfindən törədilib.
Qeyd olunub ki, hadisə insanların kütləvi yürüşü zamanı baş verib. Partlayış nəticəsində xəsarət alanlar tibb müəssisələrinə çatdırılıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.
Hazırda araşdırma aparılır, hadisənin təfərrüatları dəqiqləşdirilir.