6918a611c582c6918a611c582d17632230576918a611c582a6918a611c582b

Pakistanda fişəng istehsalı ilə məşğul olan müəssisədə baş verən partlayış nəticəsində azı yeddi nəfər ölüb, daha 7 nəfər yaralanıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Samaa TV” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovu lokallaşdırmağa nail olublar.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir və onlar xəstəxanaya yerləşdirilib. Fabrikin binasına ciddi ziyan dəyib.

Yerlı hakimiyyət nümayəndələrinin sözlərinə görə, partlayış çayın kənarındakı əkin sahələrinin arasında gizli şəkildə fəaliyyət göstərən qeyri-leqal müəssisədə baş verib. Hadisənin səbəbləri araşdırılır.

Paylaş: