Pakistanda güclü partlayış: Ölən və yaralananlar var

Pakistanda güclü partlayış törədilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, Pakistanın cənub-qərbində bombanın partlaması nəticəsində 1 nəfər ölüb, 3-ü hərbçi olmaqla 14 nəfər yaralanıb.

Partlayış Bəlucistan əyalətinin Kvetta şəhərinin şimal-şərqində yerləşən Ernai rayonunda baş verib.

Ernai polis rəisinin müavini Caved Domki bildirib ki, “Mari Petroleum” şirkətinin bir qrup əməkdaşı qaz yatağında kəşfiyyat apararkən kustar üsulla hazırlanan bomba işə düşüb və partlayış baş verib.

Qeyd edək ki, partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Əliyar Xəlil
Globalinfo.az