WhatsApp Image 2024 10 20 at 16.24.06

“Rusiyada Özbəkistana viza rejiminin tətbiqi tələb edilir”.

Globalinfo.az xəbər verir ki, bu tələblə Ədalətli Rusiya Fraksiyasının rəhbəri Sergey Mironov çıxış edib.

O, belə tələbi Özbəkistanın Kazandakı Konsulluğunun Rusiyadakı özbəklərə rus ordusuna qatılmamaq çağırışından sonra səsləndirib.

Mironov açıqlamasında “bizə özbəklər kimi vətəndaşlar lazım deyil” ifadəsini də işlədib.

Qeyd edək ki, Rusiya son zamanlar əsgər çatışmazlığı ilə əlaqədar olaraq ordu sıralarına miqrantların cəlbi prosesinə başlayıb. Xüsusilə Mərkəzi Asiyadan bir çox miqrant məcburi şəkildə Ukraynadakı döyüşlərə göndərilir.

Mironov Rusiyada son aylarda qəbul edilən bir çox antimiqrant qanunun müəlliflərindəndir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: