Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan hərbçisi Nəsimi Musayevdən danışıb.
Globalinfo.az xəbər verir ki, jurnalist hadisəni “Ermənistana müdaxilə” kimi qiymətləndirərək Simonyandan buna münasibətini soruşub.
Alen Simonyan isə sualdan təəccüblənərək, “Müdaxilə? Azərbaycanlı Ermənistana daxil olub? “Müdaxilə” sözünü izah edə bilərsiniz? Adam azıb da, başqa nə edib ki? Həmin şəxs azıb”, – deyə cavab verib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayevin Zəngəzurun Şəki kəndində saxlanıldığı haqda Ermənistan rəsmi qurumları 1 oktyabrda məlumat yayıb. Onun bir erməninin evinə girdiyi, orada dincəldiyi, ev yiyəsi qadının ona hücum etdiyi, nəticədə qadına ayağından atəş açdığı, polisə isə müqavimət göstərmədən təslim olduğu deyilir.
2 oktyabrda N.Musayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Əliyar Xəlil
Globalinfo.az