Orxan Əsgərovun mərasim çadırları quruldu – FOTO

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun evinin önündə mərasim çadırları qurulub.

Glbalinfo.az xəbər verir ki, yas çadırları paytaxtın Yasamal rayonunda yerləşən hündürmərtəbəli yaşayış binasının həyətində qurulub.

Əməkdaşımızın qohumlarından aldığı məlumata görə, mərhumun cənazəsi səhər saat 5-də Bakıya gətirilib ailəsinə veriləcək.

Mərhum sabah II Fəxri Xiyabanda dəfn olunacaq.

Zaira Akifqızı
Globalinfo.az