Orhan Pamukdan yeni roman gəlir

Nobel mükafatı laureatı, dünyaca məşhur türkiyəli roman ustası Orhan Pamuk yeni roman üzərində çalışdığını bildirib.

Globalinfo.az bildirir ki, APA-nın məlumatına görə, yeni romanın adının “Kağız oyunları” olacağı gözlənilir.

Romanın süjet xəttindən də bəhs edən yazıçı: “Bu dəfə biz muzey tikmirik, yerli mənşəli oyun kartları istehsal edirik”, – deyib.

Pamuk həmçinin özünün məşhur “Məsumiyyət muzeyi” romanının əsasında film çəkmək fikrinin olduğunu da bildirib.