Ordumuzdan sonra Qarabağa ilk onlar addım atdı…

6d28578ea7 Qarabag ve serqi zengezurda muasir berpa quruculuq modeli

Silahlı Qüvvələrdən sonra işğaldan azad olunmuş ərazilərə – Qarabağ və Şərqi Zəngəzura ilk addım atan qurumlardan biri, bəlkə də birincisi məhz “Azərişıq” ASC-dir. 

“Azərişıq” 10 fevral 2015-ci ildən, yəni yarandığı gündən Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən bir sıra uğurlu layihələrə imza atıb. İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC fəaliyyət göstərdiyi 10 il müddətində qazandığı uğurlarla ölkənin dayanıqlı iqtisadi inkişafına və sosial rifahına öz töhfəsini verib. Müasir texnologiyalar və ən son innovativ yeniliklərin tətbiqi qurum tərəfindən göstərilən xidmətlərin keyfiyyətini yüksəltməklə yanaşı, həm də vətəndaş məmnunluğununun artmasına şərait yaradıb.

Son 10 il ərzində ölkə üzrə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri çərçivəsində 20 min km uzunluğunda müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkilib, 30 min km-ə yaxın mövcud elektrik veriliş xətləri yenisi ilə əvəz olunub, 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib, 7 min ədəd yeni transformator məntəqəsi quraşdırılıb. Ən əsası isə 700 min köhnə sayğac müasir ölçü cihazları ilə əvəz olunub. Bundan başqa bu müddət ərzində abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə, quraşdırılan smart sayğacların sayı 386 mindən 1 milyon 120 minə yüksəlib.

Son 10 ildə Rəqəmsal İdarəetmə Mərkəzləri və SCADA sistemlərinin tətbiqi ilə şəbəkələrin dayanıqlılığı və etibarlılığı da xeyli artıb. Hazırda ölkədə bu sistem vasitəsilə idarə olunan 34 yarımstansiya mövcuddur.

Vətəndaşlara göstərilən xidmətlərin daha sadə və əlçatan olması istiqamətində son illər görülən işlər uğurlu nəticə verib.

“Azərişıq” ASC-nin “ASAN Xidmət” mərkəzlərində 8 il ərzində vətəndaşlara göstərilən xidmətlərin sayı 8-dən 18-ə çatdırılıb. Hazırda “Azərişıq” ASC-nin 15 elektron xidməti mövcuddur və bu xidmətlər vasitəsi ilə vətəndaşlar prosedurları onlayn şəkildə idarə edə bilirlər.

IMG 20250214 WA0051

“Azərişıq” ASC tərəfindən son illərdə həyata keçirilən ən uğurlu layihələrdən biri ekoloji cəhətdən faydalı olan elektromobillərdən istifadənin təşviq edilməsidir.

Ötən il noyabrın 11-dən 22-dək ölkəmizdə keçirilən COP-29 ərəfəsində ciddi addımlar atılıb. Paytaxtda və regionlarda, eləcə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə dəstəklənən enerjidoldurma məntəqələri (EDM) quraşdırılaraq dayanıqlı elektrik enerjisi ilə təmin edilib. Görülən işlər həm də alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə hədəflənib.

Doğma sakinlərinə qovuşan Qarabağın məhv edilmiş elektrik təsərrüfatı yenilənir, müasir dayaqlar əkilir və elektrik xətləri çəkilir, yeni güc mərkəzləri yaradırılır. Bu isə olduqca müsbət nəticədir.

İşğaldan azad olunan ərazilərdə – Xocalı, Şuşa, Hadrut, Xocavənd, Laçın, Ağdam, Füzuli, Cəbrayıl və Kəlbəcərdə yeni güc mərkəzlərinin tikintisi də davam edir.

“Azərişıq” ASC gənc mütəxəssislərin hazırlanıb işlə təmin olunmasında da ötən illərdə bir çox uğurlu layihələr həyata keçirib. Belə ki, 2012-ci ildən fəaliyyət göstərən Tədris və İnnovasiyalar Mərkəzinin 2015-ci ildən başlayaraq 9 regional filialı təsis edilib. Bu gün yüksək bilik və bacarığa malik peşəkar kadrların hazırlanması bilavasitə həmin filiallarda gerçəkləşdirilir. Həmçinin Tədris Mərkəzinin nəzdində fəaliyyət göstərən 1 Yarımstansiya-Muzey, 3 Regional Təlim Poliqonu və Elektroenergetika Yaddaş Mərkəzi mövcuddur. Tədris və İnnovasiyalar Mərkəzi nəzdində “Ağıllı Şəbəkələr”, “Mühəndis Pedaqogikası”, “Yaşıl Enerji”, “Texnoloji İnnovasiyalar” kafedraları və “Təlim-Təcrübə Laboratoriyası” təsis edilib. “Texnoloji İnnovasiyalar” kafedrası nəzdində “Beyin Mərkəzi – Analitik Təkmilləşdirmə Qrupu” fəaliyyət göstərir. Həmin müəssisələrdə müxtəlif istiqamətlər üzrə ixtisasartırma və təkmilləşmə kursları təşkil olunur.

Gənc kadrların elektroenergetika sahəsində yüksək peşə bilik və bacarığına yiyələnməsi məqsədilə son 10 il ərzində 21 minə yaxın müdavim 1700-dən çox müxtəlif kurslara, 12 mindən çox tələbə təcrübə proqramlarına cəlb olunub. Hazırda Tədris Mərkəzi Türkdilli dövlətlər də daxil olmaqla 12-dən çox ölkəni əhatə edən beynəlxalq şirkətlə əməkdaşlıq edir.

IMG 20250214 WA0050

Qeyd edək ki, “Azərişıq” ASC ölkənin hər bir regionunun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə ən ucqar dağ kəndlərinin, habelə sərhədboyu ərazilərin elektrik təsərrüfatını yeniləyir, vətəndaşlara işıqlı həyat bəxş etmək üçün 24 saat fasiləsiz xidmət göstərir.

Zaira Akifqızı

Globalinfo.az