Ordu rəhbərləri danışdı: İrana qarşı hərəkətə keçirlər?

İsrail müdafiə naziri Benni Qants ABŞ-dən olan həmkarı Lloyd Ostinlə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Tərəflər arasında əsas müzakirə mövzusu İran tərəfindən artan təhdid olub. Qants İranın son vaxtlar qlobal və regional təhdid olduğunu sübuta yetirdiyini bildirib.

Qeyd edək ki, İrandakı etiraz aksiyalarının başlanmasından sonra Tehrandan İsrail və ABŞ-yə ittihamlar artıb. Tehran hər iki dövləti İranda rejimi devirmək cəhdlərində ittiham edib. Bununla bərabər, İsrail də baş verənlər fonunda bütün hazırlıqlarını tamamlayıb. Üstəlik, bu dövr ərzində Qants tərəfindən Türkiyə, Azərbaycan və digər ölkələrə səfər edilib ki, burada da əsas müzakirə mövzuları məhz İran olub. ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi Robert Malleyin keçən həftə “İranla nüvə razılaşması prioritetimiz deyil, İranın daxilindəki problemlərlə maraqlanırıq” deməsi Təl-Əvivdə Vaşinqtona Tehranla bağlı ümidləri bir qədər də artırıb.

İlkin
Globalinfo.az