Onların qarşısında “anti-Rusiya” mövqeyi sərgiləmək vəzifəsi qoyulub.
Globalinfo.az xəbər verir ki, bunu erməni analitik Suren Surenyants deyib.
O, Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya ilə bağlı səsləndirdiyi fikirləri şərh edib.
“Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirakdan imtina etməsi hakimiyyətin anti-Rusiya mövqeyindən xəbər verir. Digər tərəfdən, spiker Alen Simonyan daha neytral mövqe sərgiləmək və hansısa əsaslı səbəb göstərmək əvəzinə açıq-aşkar təxribatçı ton seçib. Əslində bu, Alen Simonyan tərəfindən nümayişkaranə bir demarş idi. ikincisi, dövlət rəsmisi Paşinyanın Putinin andiçmə mərasimində iştirak etməyəcəyini bildirməklə birbaşa anti-Rusiya mövqeyi ortaya qoyur. Üstəlik, açıq şəkildə düz iş gördüyümüzü vurğulamaqla kifayət qədər sərt ritorika nümayiş etdirir”.
Erməni politoloq Nikol Paşinyanın Avrasiya İqtisadi Birliyinin iclasına qatılmağa hazır olmasını belə şərh edib.
“Paşinyan ona görə gedir ki, hazırda Aİİ-yə üzvlük Ermənistan üçün sabitliyin yeganə təminatıdır. Bu adam hər yerdə maliyyə dəstəyi axtarır. Brüsseldə sırf öz hakimiyyətini saxlamaq üçün 350 milyon dolları qəbul etdi. Onun maraqları hakimiyyəti əldə saxlamaqdır və bunun üçün Paşinyana pul lazımdır. Belə siyasi kurs bütövlükdə dövlətin suverenliyi üçün ciddi və acınacaqlı nəticələrə yol aça bilər”, – deyə Surenyants vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az