Onların maaşı artırılsın – Təklif

“Minatəmizləmə ilə məşğul olan şəxslərin iş stajı fərqli hesablanmalı, əməkhaqları yüksək olmalıdır”.

Globalinfo.az bildirir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov noyabrın 4-də parlamentdə “Mina təhlükəsi ilə mübarizə – partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, minaaxtaranlar öz işlərini hansısa kabinetdə görmürlər: “Onlar işə gedərkən evlərinə sağ-salamat geri qayıdacaqlarından əmin deyillər. Bu baxımdan sözügedən məsələnin diqqətdə saxlanılmasını istəyirəm”.