Eliyev ilham 12 900x506 1

Uruqvay Şərq Respublikasının Prezidenti Yamandu Orsi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Uruqvay Şərq Respublikasının xalqı və hökuməti adından və şəxsən öz adımdan 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi, əziz xalqınıza sülh və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.

Ölkələrimiz arasında çox yaxşı ikitərəfli münasibətlər yaranıb və tam əminəm ki, bu münasibətlər mədəni, siyasi əməkdaşlıq zəminində möhkəmlənəcəkdir.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha ən yüksək ehtiramımı bildirirəm”.

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah da Prezident İlham Əliyevi təbrik edib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Dost Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasındakı möhkəm əlaqələrin davamlı şəkildə inkişaf etməsini arzulayıram.

Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm”.

Paylaş: