Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 5 nəfər sağalıb, ölən yoxdur.

İndiyədək ölkədə ümumilikdə 831 950 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 660 nəfər müalicə olunaraq sağalıb, hazırda 7 aktiv xəstə var. Bu günə qədər 10 283 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 365, bu günə qədər isə ümumilikdə 7 644 849 test icra olunub.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən xəbərə görə, vurulan vaksinlərin ümumi sayı 13 967 228, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 327, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 102, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 502, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 297 nəfər təşkil edir.