Koronavirus haqda pis xəbər: Azərbaycan şəhərində…

Təbrizdə koronavirusun “omikron” ştamının alt ştamı müşahidə edilib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bunu Təbriz Tibb Elmləri Universitetinin Sağlamlıq idarəsinin direktoru Hüseyn Həqqayi deyib.

O bildirib ki, İranın Şərqi Azərbaycan əyalətində aparılan koronavirus testlərinə əsasən, əyalətdə BQ1 və XBB adları olan yeni “omikron” alt ştamının bir neçə halı müşahidə olunub.

Onun sözlərinə görə, yoluxmuş insanlar karantindədirlər, lakin çinlilərin Şərqi Azərbaycana gediş-gəlişi səbəbindən koronovirus xəstəliyinin yeni ştamına yoluxma ehtimalı daha yüksəkdir.