raket 12

Hizbullahın Qolan təpələrindəki Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Daniel Haqari məlumat yayıb.

Bildirilir ki, ölənlərin əksəriyyəti uşaq və yeniyetmələrdir.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Livanda Hizbullah hədəflərinə cavab zərbəsi endirib.

Hücum nəticəsində Hizbullahın silah anbarları və infrastrukturu məhv edilib.

Paylaş: