Obrayen Bakıda nəyi müzakirə edəcək?

Azərbaycana və Rumıniyaya səfər etməkdən çox şadam.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen “X” platformasında bildirib.

O, Azərbaycana səfəri çərçivəsində Cənubi Qafqazda sülhün irəliləməsi ilə bağlı rəsmi şəxslərlə görüşəcəyini vurğulayıb.

Ceyms Obrayen Rumıniyada isə taxıl ixracı ilə bağlı yüksək vəzifəli şəxslərlə müzakirələr aparacağını qeyd edib.

Qeyd edək ki, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms K. Obrayen dekabrın 6-8-də Bakı və Rumıniyanın Buxarest və Tulça şəhərlərinə səfər edəcək.