Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb.
Globalinfo.az-ın xəbərinə görə, paylaşımlarda iddia olunub ki, partlayış həkimin Badamdarda yerləşən evində baş verib.
Rəşid Oxu.Az-a açıqlamasında iddiaları təkzib edib.
“Əgər indi diriyəmsə, deməli, xəbər doğru deyil. Belə bir hadisə baş verməyib, yazılanlar yalandır”, – deyə o bildirib.