
ABŞ Prezidenti Donald Tramp Hindistana 2025-ci ildə ABŞ silahlarının satışının həcminin artırılacağını elan edib.
Globalinfo.az xəbər verir ki, Ağ Evdə Hindistan Baş naziri Narendra Modi ilə görüşən Tramp Hindistana silah tədarükünün çoxmilyardlıq olacağını bildirib.
O həmçinin Hindistana F-35 qırıcılarının tədarükünün də gerçəkələşə biləcəyinə eyham vurub.
Qeyd edək ki, hazırda Hindistanın əsas silah və neft tədarükçüsü Rusiyadır. Moskva Hindistanın neftə tələbatının 38%-ni ödəyir. Lakin 2024-cü ilin sonunda Baydenin Rusiyanın kölgə donanmasına sanksiya tətbiqindən sonra Hindistan limanları Rusiya tankerlərinin qəbulunu dayandırmağa başlayıb.
Əliyar Xəlil
Globalinfo.az